Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 03:27

Ukraynalı zabit deyir ki, Rusiyanın müharibə planları gələn ilə qədər uzanır


Pavlo Palisa
Pavlo Palisa

Ukraynanın hərbi zabiti bildirib ki, Rusiya qüvvələri Moskvanın Ukrayna-Rusiya sərhədi boyunca bufer zona yaratmaq istəyi ilə əlaqədar növbəti ilədək davam edəcək irimiqyaslı hücumlara hazırlaşır.

İyunun 4-də Vaşinqtonda jurnalistlərə danışan polkovnik Pavlo Palisa deyib ki, Rusiya ilin sonuna qədər bufer zona yaratmağı qarşısına məqsəd qoyub və sentyabrın sonuna qədər Donetsk və Luqanskı tamamilə ələ keçirmək istəyir.

"Maraqlıdır, lakin onların hətta 2026-cı il üçün də planları var. Gələn il üçün plan Ukraynanın Dnepr çayının sol sahilində yerləşən bütün hissəsini işğal etməkdir", - o, ABŞ qanunvericiləri və rəsmilərinə verdiyi brifinqdən sonra bildirib.

O əlavə edib ki, Rusiyanın digər bir məqsədi isə Ukraynanın Qara dənizə çıxışını kəsməkdir.

Prezident Volodimir Zelenskinin ofisinin rəhbərinin müavini Palisa Vaşinqtonda səfərdə olan Ukrayna nümayəndə heyətinin tərkibində olub. Kiyev Moskvaya daha güclü təzyiq göstərilməsi üçün çalışır. O, Vaşinqtondakı görüşlərdə Ukrayna hərbi kəşfiyyatının əldə etdiyi məlumatları təqdim edib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, telefon söhbəti zamanı Rusiya prezidenti Vladimir Putin Ukrayna tərəfindən Rusiyanın dərinliklərinə edilən dron hücumu ilə bağlı qarşılıq veriləcəyi barədə xəbərdarlıq edib.

Diplomatik səylər davam edərkən, Rusiyanın dron hücumları Ukrayna şəhərlərində dağıntılara səbəb olur.

İyunun 4-də Ukrayna dronları Zaporojye və Xerson vilayətlərinin Rusiyanın işğalı altında olan hissələrində enerji infrastrukturuna zərbələr endirib.

Davam edən bu hücumlar fonunda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşüb. Şimali Koreyanın dövlət mediası iyunun 5-də bildirib ki, Kim Çen In Şoyquyla görüşündə ölkəsinin Rusiyanın Ukraynaya qarşı müharibəsini "şərtsiz" dəstəkləyəcəyini deyib.

Apreldə Şimali Koreya rəsmi şəkildə təsdiqləyib ki, Ukrayna ordusunun Kursk sərhəd bölgəsinə müdaxiləsini dəf etmək məqsədilə o, Rusiyaya dəstək üçün hərbi qüvvə göndərib.

XS
SM
MD
LG