Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 02:14

'Reuters': 'Pautina' əməliyyatında Rusiya 20 təyyarə itirib


Rusiyanın dərinliyində gizli dron əməliyyatı
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Rusiyanın dərinliyində gizli dron əməliyyatı

Amerika kəşfiyyatının məlumatına görə, iyunun 1-də Ukraynanın Rusiya hərbi aerodromlarına endirdiyi dron zərbələri nəticəsində 20 hərbi təyyarə sıradan çıxarılıb. Bu barədə "Reuters" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Təxminən 10 təyyarə məhv edilib, qalanları isə zədələnib. Bu rəqəm Ukrayna prezidenti Volodimir Zelenskinin açıqladığı göstəricidən xeyli aşağıdır. Zelenski bildirmişdi ki, hücum zamanı 41 hərbi təyyarə zədələnib və onların yarısı bərpa olunmaz vəziyyətdədir.

Bununla belə, "Reuters"in mənbələri, əməliyyatın əhəmiyyətini vurğulayıblar. Onlardan biri qeyd edib ki, bu zərbələrdən sonra Rusiya atəşkəs danışıqlarında daha sərt mövqe tuta bilər.

ABŞ rəsmiləri bildirir ki, Vaşinqton planlaşdırılan hücumla bağlı Ukraynadan əvvəlcədən heç bir məlumat almayıb.

İyunun 3-də ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq televiziya müsahibəsində deyib ki, Ukraynanın həyat keçirdiyi bu əməliyyat müharibənin genişlənmə riskini ciddi şəkildə artırıb. Səbəb kimi Ukraynanın Rusiyanın "nüvə üçlüyü" adlandırılan müdafiə sisteminin əsas komponentlərindən birinə zərbə endirməsi göstərilir.

İyunun 4-də Vladimir Putinlə telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Moskva bu hücuma cavab vermək niyyətindədir.

Kit Kelloq
Kit Kelloq

Kelloq Rusiya aviabazalarına zərbələrdən sonra müharibənin genişlənəcəyi riskindən bəhs edir

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq iyunun 3-də "Fox News"a müsahibəsində deyib ki, Ukraynanın Rusiya hərbi aerodromlarına hücumu müharibənin daha da gərginləşməsi riskini artırıb.

Bu əməliyyatı "çox cəsarətli" adlandıran Kelloq bunun Ukraynanın təslim olmadığını göstərdiyini deyib. Bununla belə, o əlavə edib ki, belə hücumlar nəticəsində "risk səviyyəsi əhəmiyyətli dərəcədə artır", çünki bu, Rusiyanın nüvə üçlüyünün bir komponentinə zərbə vurulması deməkdir. Kelloq bildirib ki, Rusiyanın bu hücuma necə cavab verəcəyi bəlli deyil. "Risk səviyyəsi artır. Mən düşünürəm ki, bizim də yayınmağa çalışdığımız şey məhz budur", - o deyib.

Rusiyanın nüvə doktrinası, prinsipcə, strateji obyektlərə hücuma cavab olaraq nüvə silahından istifadə etməyə icazə verir. Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev istisna olmaqla, Rusiya rəhbərliyi hərbi aerodromlara hücumla bağlı hələ şərh verməyib. Medvedev isə cavab tədbirləri ilə hədələsə də, bu dəfə özünəxas nüvə ritorikasına yer verməyib.

Ağ ev isə vurğulayır ki, Ukrayna 1 iyun hücumu ilə bağlı ABŞ-ni əvvəlcədən xəbərdar etməyib.

Ukrayna Təhlükəsizlik Xidməti bildirib ki, "Pautina" əməliyyatı zamanı Rusiyanın 41 təyyarəsi məhv edilib və ya zədələnib.

XS
SM
MD
LG